Van Damm Bakıya gələcək
    • 8-09-2022, 17:29
    • 622

Van Damm Bakıya gələcək

Dünya şöhrətli Hollivud aktyoru, aksiyon film ulduz Jan-Klod Van Damm yaxın zamanda Bakıya səfər edə bilər.

News24.az "Axşam.az"-a istinadən xəbər verir ki, bu barədə məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov aparıcı Lalə Azərtaşın yutub layihəsinə müsahibəsində deyib. O, səfərin bu həftənin sonunda baş tuta biləcəyini vurğulayıb. O, bildirib ki, yaxın dostu aktyoru Bakıya gətirəcəyinə söz verib:

"Jan-Klod Van Dammın filmləri ilə böyümüşəm, onun hərəkətlərinə baxaraq döyüşməyi öyrənmişəm. Ola bilsin ki, mənim son döyüşümdə iştirak etsin".

Qeyd edək ki, sentyabrın 10-da Milli Gimnastika Arenasında Zabit Səmədovun vida döyüşü baş tutacaq. Onun rinqdəki rəqibi qarışıq döyüş növləri üzrə braziliyalı döyüşçü Antonio Silva olacaq.

Onu da qeyd edək ki, bir müddət əvvəl azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailəli olan Van Dammın oğlu Kristofer Van Damm da Azərbaycana səfər etmişdi.