Van Dammın gəlininin Bakıda xına mərasimi oldu - Video
    • 6-06-2022, 11:06
    • 410

Van Dammın gəlininin Bakıda xına mərasimi oldu - Video

Dünyaca məşhur aktyor Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadənin Bakıda xına mərasimi olub. 

Paytaxt restoranlarının birində baş tutan gecədə Suadanın yaxınları iştirak ediblər.

Məclisdə rəqqasə Rəna Ağamuradova (Renka) da çıxış edib. Xına məclisindən görüntülər sosial şəbəkədə paylaşılıb. 

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki Baş konsulluğunda nikah masasına əyləşib. /Qafqazinfo.az/