-
- 31-08-2024, 15:32
- 510
Siqaret kötüyü ilə 44 il əvvəlki qətlin üstü açıldı
ABŞ-da siqaret kötüyündən götürülən DNT nümunəsi 44 il əvvəlki qətlin üstü açılıb.
News24.az lent.az-a istinadən bildirir ki, qətl hadisəsi 1980-ci ildə paytaxt Vaşinqtonda baş verib.
30 yaşlı Doroti Mari Silzelin meyiti 26 fevral 1980-ci ildə Kentdəki evində tapılıb. Polis və prokurorluq əməkdaşları hadisə yerindən siqaret kötüyü taparaq, ondan nümunə götürüblər. Lakin o zaman cinayətdə şübhəlini müəyyən etmək üçün lazımi texnologiya olmayıb.
O vaxt Silzellə qonşu olan Kennet Dueyn Kundert və qardaşı əsas şübhəlilər arasında olublar. 2023-cü ildə polis qardaşlardan araşdırma üçün DNT nümunələrini vermələrini istəyib. Kennetin qardaşı könüllü olaraq DNT nümunələri verib, lakin Kennet istintaqa kömək etməkdən imtina edib. O vaxtdan bəri yerli hüquq-mühafizə orqanları FTB-nin köməkliyi ilə onu izləyir.
Onu izləyən kriminalistlər Kennet Kundertin atdığı siqaret kötüyünü götürüblər. Məhkəmə-tibbi ekspertiza göstərib ki, Kennetin siqaret kötüyündən götürülmüş DNT profili cinayətkarın DNT-si ilə üst-üstə düşür.
Buna görə də o, saxlanılıb və həbs edilib.