Kəlbəcərdə ağır qəza: ölən var
    • Bu gün, 10:37
    • 120

Kəlbəcərdə ağır qəza: ölən var


Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var.

News24.az Report-a istinadla xəbər verir ki, VAZ-21099 markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.

Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.