Ən yüksək seçici fəallığı bu dairədə qeydə alındı
    • Bu gün, 16:32
    • 189

Ən yüksək seçici fəallığı bu dairədə qeydə alındı


Saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 109 saylı Qazax seçki dairəsidir.

News24.az xəbər verir ki, həmin seçki dairəsindən 17.7 faiz seçici (8646 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 24 saylı Nizami birinci seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 2.6 faiz olub.


***

Ölkə üzrə ən yüksək olan seçici fəallığı 122 saylı Xankəndi seçki dairəsində qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 12:00-a olan nəticələrə görə, həmin seçki dairəsində seçici fəallığı 32.6 faizdir (2182 nəfər).

Bildirilib ki, 54 saylı Mingəçevir seçki dairəsində seçici fəallığı aşağıdır. Bu dairədə seçicilərin cəmi 7.5 faizi (3768 nəfər) səs verib.


***

Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi seçki dairəsidir.

Həmin seçki dairəsindən 42,7 faiz seçici (2 min 834 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 54 saylı Mingəçevir seçki dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 12,8 faiz (6 min 447 nəfər) olub.// axar