Tanınmış idmançı güllələndi
    • Bu gün, 17:54
    • 6 855

Tanınmış idmançı güllələndi


Amerikanın Milli Futbol Liqasında (NFL) çıxış edən "San-Fransisko 49ers"in oyunçusu Riki Pirsall sinəsindən güllələnib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, şənbə günü şəhərin "Yunion" meydanında qeydə alınan insidenti 17 yaşlı şəxs törədib.

İlkin istintaqa əsasən, silahlı şəxs "San-Francisko 49ers"in oyunçusunu soymağa cəhd etdiyi zaman müqavimətlə üzləşib. Nəticədə həm şübhəli şəxs, həm də oyunçu xəsarət alıb.

Şübhəli şəxs həbs edilib. Riki Pirsallın vəziyyətinin isə ağır olduğu bildirilir.

Qeyd edək ki, Pirsallın daha əvvəl çiynindən aldığı zədəsi yenicə sağalmış və o, məşqlərə qoşulmuşdu.