Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
    • 20-03-2023, 17:14
    • 660

Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

News24.az xəbər verir ki, Astara rayonu Artupa kənd sakini, 30 yaşlı Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, Alqış Quliyevin həmkəndlisi 37 yaşlı Şamxal Şahverdiyev qarət məqsədilə onların yaşadığı evə daxil olub. Şamxal Şahverdiyev, Alqış Quliyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd edib. O cümlədən qarətçi əlində olan bıçaqla evin xanımına yüngül xəsarət yetirərək, boynundakı boyunbağını qırıb və hadisə yerindən uzaqlaşıb. Alqış Quliyevin vəziyyəti ağır olduğundan o, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Həkimlər onun vəziyyətini orta - ağır qiymətləndirirlər

Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Şamxal Şahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam edir.