Sabirabadda yük maşınının vurduğu piyada öldü
    • Bu gün, 20:16
    • 93

Sabirabadda yük maşınının vurduğu piyada öldü


Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alan piyada ölüb.

News24.az xəbər verir ki, hadisə Şirvan-Sabirabad avtomobil yolunun Qaratuğay kəndi ərazisində qeydə alınıb. Həsənov Zaur Yaşar oğlu idarə etdiyi "Mercedes Atego" markalı yük maşını ilə hərəkətdə olarkən, yolu keçən piyada Hüseynəliyev Yusif Oruc oğlunu vurub. Hadisə nəticəsində ağır xəsarətlər alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.