Ancelina Coli imicini dəyişdi
    • Bu gün, 11:08
    • 126

Ancelina Coli imicini dəyişdi

Ancelina Coli Venesiya Film Festivalının əsas ulduzlarından birinə çevrilib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, İtaliyada baş rolu ifa etdiyi müğənni Mariya Kallas haqqında "Mariya" filmini təqdim edib.

49 yaşlı Hollivud divası gözlənilməz bir görünüşlə bütün diqqətləri üzərinə cəlb edib. Adətən qaraşın saçları ilə tanınan Coli, bu dəfə kül sarışın rənginə üstünlük verərək saçlarını boyayıb.

Bir neçə il əvvəl aktrisa oxşar rəngdə saçlar boyasa da, tezliklə təbii saç rənginə qayıdıb.

Qeyd edək ki, Ancelina nadir hallarda görünüşü ilə təcrübələr aparır. Colinin dediyinə görə, yalnız yaşlandıqca o, özünü həqiqətən sevməyi və olduğu kimi qəbul etməyi öyrənib.