Ancelina Coli kinodan gedir
    • 18-03-2019, 14:37
    • 1 003

Ancelina Coli kinodan gedir

Bred Pitlə gecikmiş boşanma prosesi başa çatdıqdan sonra Ancelina Coli Hollivudu tərk etmək qərarına gəlib.

News24.Az
xəbər verir ki, aktrisa bununla yanaşı kinodan da getməyi planlaşdırıb. Coli artıq özünü teatr səhnəsində sınamaq istəyir. Yaxın rəfiqəsinin bildirdiyinə görə aktrisa ona görə belə qərara gəlib ki, artıq Hollivudda onun üçün az iş var. 

Müəyyən olub ki, boşanma məsələsində Coli və Pitin ümumi yaxın dostlarının çoxu məhz aktyorun tərəfini tutublar. Bu səbəbdən də Hollivud sanki "Malifisenta"nı iqnor edib.