Dünyaca məşhur müğənni musiqiyə ara verir
    • 2-09-2024, 18:28
    • 378

Dünyaca məşhur müğənni musiqiyə ara verir

Avqustun 31-də Münhendəki son şousunda tamaşaçılara müraciət edən britaniyalı müğənni Adele pərəstişkarlarına Las Veqasda 10 şousu qaldığını, lakin bundan sonra onu "inanılmaz dərəcədə uzun müddət" görməyəcəklərini söyləyib.

News24.az xəbər verir ki, 36 yaşlı müğənni 3 ilə yaxındır ki, fasiləsiz səfərlər, çıxışlar etdiyini və "həyatımı yaşamağa" qayıtmağa hazır olduğunu açıqlayıb.

Adele “Son yeddi ili özüm üçün yeni bir həyat qurmağa sərf etdim və indi onu yaşamaq istəyirəm", - deyib.

Adele turu Münhendə başa vurmağı planlaşdırdığını, lakin 2022-ci ildə xəstələndiyi üçün Veqasda pərəstişkarlarına təqdim edəcəyi daha 10 konserti olduğunu açıqlayıb.

Sənətçinin nə vaxt musiqi ilə məşğul olacağı və ya yenidən ifa edəcəyi bilinmir.

Məryəm İlhamqızı