Qremmi mükafatlı müğənni musiqiyə ara verir
    • 17-07-2024, 14:11
    • 411

Qremmi mükafatlı müğənni musiqiyə ara verir

2008-ci ildə "19" adlı ilk studiya albomu ilə güclü səsi və mahnıları ilə həyatımıza daxil olan ingilis müğənni Adel musiqi karyerasına ara verəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Britaniyalı müğənni Las-Veqasda "Weekends With Adele" verilişindən sonra bir müddət səhnəyə ara verəcək.

Yaxın vaxtlarda albom çıxarmağı planlaşdırmadığını bildirən ulduz "Yeni mahnılar hazırlamaq fikrim yoxdur. Bu proqramlardan sonra uzun müddət fasilə verməyi planlaşdırıram" deyib.

"Mən heç olmasa bir müddət başqa yaradıcılıqla məşğul olmaq istəyirəm", - Adele əlavə edib.

2022-ci ilin son aylarından Las-Veqasda çıxış edən müğənni noyabrın 23-də son konsertini verəcək. Adel 2-3-9-10 tarixlərində Münhendə xüsusi konsert seriyasında musiqisevərlərlə görüşəcək.

Digər tərəfdən müğənninin Londona köçməyə qərar verdiyi iddia edilib. Uzun müddətdir Las-Veqasda konsert silsiləsini davam etdirən müğənni Londona qayıdacaq.

Günel Məlikzadə