Avstraliyada pələng baxıcısına HÜCUM ETDİ
    • Bu gün, 10:46
    • 130

Avstraliyada pələng baxıcısına HÜCUM ETDİ

Avstraliyanın Gold Cast şəhərindəki əyləncə parkında pələng qoruyucusu dəhşət yaşayıb.

News24.az xəbər verir ki, pələngin səhər saatlarında baxıcıya hücumu nəticəsində 40 yaşlarında olan baxıcı qolundan və çiynindən xəsarət alıb. 

Yaralı baxıcı təcili olaraq xəstəxanaya aparılıb.

Kvinslend Təcili Yardım Xidmətinin əməkdaşı Castin Peyn bildirib ki, zədədən yaranan qanaxma əyləncə parkında ilk yardımçılar tərəfindən müalicə olunub.

Park rəsmiləri pələng hücumu hadisəsini "nadir və təcrid olunmuş" hadisə kimi qiymətləndiriblər.

Məryəm İlhamqızı