Elantra 2016 almağa dəyər?
    • 3-09-2024, 22:45
    • 468

Elantra 2016 almağa dəyər?

Elantraların mühərriki ilə bağlı statistik məlumatlar heç də xoş deyil.

News24.az Milli.Az-a istinadla bildirir ki, NHTSA-ya daxil olan 153 şikayətdən 51-i Elantralaların 2016-cı il modellərinin mühərriki ilə bağlı olub.

Şikayətlərdə əks olunub ki, mühərrikdə bir müddət sonra yağ azalma olur, bəzən maşın gec işə düşür, bəzən mühərrik anidən sönür, mühərrikdə metal qırıqlarına rast gəlmək olur. Mühərrikin problemləri əsasən 60-65 min mil-dən sonra başlayır. Həmçinin, bir müddət sonra mühərrikin performansı da kifayət qədər azalır.

Qeyd edək ki, şikayətlər sırf Elantranın 2016-cı il modellərinə aiddir. Mühərrik həcmi barədə məlumat qeyd olunmayıb.

Məlumat üçün bildirək ki, 2016-cı ilin Elantralarının robot sürətlər qutusu və turbo mühərriki ilə təchiz olunmuş modellərinin alışı çox zəifdir.