-
- 4-09-2024, 10:27
- 261
Peçenye və çips 6 uşağın ölümünə səbəb oldu
Cənubi Afrika Respublikasında qida zəhərlənməsi nəticəsində uşaq ölümləri sayında artım müşahidə olunub.
News24.az Publika.az-a istinadla xəbər verir ki, rəsmilərin məlumatına görə, 2024-cü ilin fevral ayından etibarən Qauteng əyalətindəki məktəblərdə ümumilikdə 203 qida zəhərlənməsi qeydə alınıb.
Bu zəhərlənmələrdən 6-sı ölümlə nəticələnib. Xüsusilə qeyri-rəsmi qəsəbələr və yataqxanalarda yaşayan uşaqlar arasında bu halların artdığı vurğulanıb.
Zəhərlənmələrə həmin bölgələrdəki marketlərdən alınan peçenye və çips kimi məhsulların səbəb olduğu qeyd edilib.
Ölkənin Səhiyyə Nazirliyi uşaq ölümlərinə səbəb olan şəraitlə bağlı dərin narahatlığını bildirib.