“Bu, qida mənşəli yox, toksik zəhərlənmədir” - Agentlik sədri
    • 4-12-2019, 14:58
    • 1 170

“Bu, qida mənşəli yox, toksik zəhərlənmədir” - Agentlik sədri

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbənin qidadan zəhərlənməsi ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, sədr jurnalistlərin suallarını cavablandıran zaman bildirib ki, ölümə səbəb qida mənşəli zəhərlənmə yox, toksik zəhərlənmədir: "Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmiş qızlarla bağlı hazırda cinayət işi aparılır. Sonda Agentlik ümumi açıqlama verəcək. KİV-də bu barədə bir sıra yanlış informasiyalar verildi. Bu hadisəni qida zəhərlənməsi kimi qələmə verməyə çalışdılar".

Xatırladaq ki, noyabrın 11-də Bakı Dövlət Universitetinin 2 №-li yataqxanasında 3 tələbə qız zəhərlənmişdi. Onlardan biri dünyasını dəyişib.

***

O qeyd edib ki, Azərbaycan dünyada qida təhlükəsizliyi indeksinə görə ən yüksək pillələrdən birini tutur:

“Bu indeks dünyada 100 ballıq cədvəl ilə ölçülür ki, ölkəmiz 89 bal toplayıb. Bu, Azərbaycana idxal olunan və hazırda istehsal olunan qida məmulatlarının keyfiyyətinin həddindən artıq yüksək olması deməkdir. Digər fakt isə çox təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda insanların qida ilə davranışı çox aşağı səviyyədədir. Agentlik fəaliyyətə başladığı dövrdən il yarım ərzində 694 qida zəhərlənməsi halı qeydə alınıb. Bu zəhərlənmələr nəticəsində 3 ölüm halı qeydə alınıb.

Onlardan biri 2018-ci ildə, ikisi isə 2019-cu ildə dünyasını dəyişib. Bu faktlar onu göstərir ki, Azərbaycanda məhsulların qida təhlükəsizlik göstəriciləri yüksəkdir”. /qafqazinfo.az/