-
- 4-09-2024, 10:30
- 348
Bakıdakı ağır qəza ilə bağlı TƏBİB-dən açıqlama
Ötən gün Bakının Nizami rayonunun Elşən Süleymanov, 120 ünvanında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
News24.az bildirir ki, qurumdan Axar.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.09.2024-cü il tarixində saat 21:07-də Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
"Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 17 və 19 yaşlı 2 nəfər (kişi cinsli) müştərək travmalarla Elmi-Tədqiqat Travmatologiya İnstitutuna hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.