-
- 4-09-2024, 21:45
- 883
Yeməklərin əvəzolunmazı: Zərərini heç kim bilmir!
Vitamin və minerallarla zəngin olan və immunitet sistemini gücləndirən sarımsaqlı qatıq orqanizmə faydaları ilə tanınır.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu birləşmə bəzi sağlamlıq problemlərinə də səbəb ola bilər.
Həm qatığın, həm də sarımsağın orqanizmə faydaları saysız-hesabsızdır. Təbii antibiotik kimi tanınan sarımsaq orqanizmi xəstəliklərdən qoruyur. Qatıq isə ən güclü probiotik mənbələrdən biridir və yaxşı həzm tənzimləyicisidir.
Sarımsaqlı qatıqdan çox istifadə mədə turşusunu artırır. Bu, mədə yanması və həzm sistemi ilə bağlı problemlərə səbəb ola bilər. Əgər reflü, qastrit və ya xora kimi xroniki mədə problemləriniz varsa, sarımsaqlı qatıqdan ehtiyatla istifadə etməlisiniz.
Sarımsaq istehlakı bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Qaşınma və ya nəfəs darlığı kimi simptomlar yaradan sarımsaqlı qatığa duz əlavə edilərsə, qan təzyiqi və ya böyrək problemlərinə səbəb ola bilər.
Təzyiq problemi olan insanlara sarımsaqlı qatıq kimi qidaları qəbul etməzdən əvvəl həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur. Çünki hər qida hər kəsə eyni şəkildə təsir etmir və bəzi qidalar dərmanlarla qarşılıqlı təsir göstərə bilər.