Məşhur müğənni valideynlərinin boşanması ilə bağlı İLK DƏFƏ DANIŞDI
    • 4-09-2024, 22:13
    • 758

Məşhur müğənni valideynlərinin boşanması ilə bağlı İLK DƏFƏ DANIŞDI

Müğənni Edisin anası və atası evliliklərini bitirmək qərarına gəliblər.

News24.az xəbər verir ki, Edisin anası Sevil Görgülü sosial media hesabından paylaşım edərək, "Əziz dostlarım və dəyərli izləyicilərim, həyatda hər şey planlaşdırdığımız kimi olmur və biz müəyyən qərarlar verməliyik. Ayhan Görgülü ilə razılaşaraq 40 illik evliliyimizi sona çatdırdıq. Hər kəsin yolu açıq olsun".

Boşanma xəbərindən sonra ilk dəfə görüntülənən Edis məsələ ilə bağlı danışıb. 

Onun üçün heç nəyin dəyişmədiyini deyən müğənni "İki yetkin insan. Belə bir qərar verdilər" deyib. 

Məryəm İlhamqızı