-
- 5-09-2024, 08:10
- 387
Güclü zəlzələ oldu: 6,2 bal
Papua-Yeni Qvineyanın şimalında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az Unikal-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri təxminən 18,2 min nəfərin yaşadığı Vevak şəhərindən 69 km şimal-şərqdə olub. Sunami təhlükəsi elan olunmayıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur