TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ
    • Bu gün, 10:26
    • 131

TƏBİB-in keçmiş üzvünə yeni VƏZİFƏ VERİLDİ

TƏBİB-in keçmiş Daxili Kommunikasiya Rəhbəri Aynurə Nurəliyevaya yeni vəzifə verilib.

News24.az Medicalmedia.az-a istinadla xəbər verir ki, o, “Bank BTB” ASC-nin Biznesin inkişafı və marketinq departamentinə direktor təyin edilib.

A.Nurəliyeva 2015-ci ilin noyabrından 2020-ci ilin fevralına qədər “Bank BTB” ASC-də Marketinq və ictimai əlaqələr departamentinin direktoru olub.

“5 il bundan əvvəl ayrıldığım komandaya yeni arzularla və yeni ideyalarla yeni formatda qayıtmaq mənim üçün ayrı bir məsuliyyətdir. Böyük bir ümid və enerji ilə geri dönürəm. İdeyalar çoxdur və onların hər birinin gerçəkləşməsi üçün əlimdən gələn heç nəyi əsirgəməyəcəyəm”- deyə, Aynurə Nurəliyeva qeyd edir.

Qeyd edək ki, o buna qədər “Akkord”, “Avirtel”, “Bank VTB (Azərbaycan)”, Azərbaycan Dəmir Yolları və TƏBİB-də çalışıb.