-
- 5-09-2024, 18:50
- 1 627
10 nəfərin öldüyü partlayışa görə tutulan Nazim İbrahimovun qardaşı barədə YENİ QƏRAR
Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağlr Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatıarı dəqiqləşdirilib.
Toğrul Rzayevin vəkili bildirib ki, müdafiə etdiyi şəxs yeni ailə qurub: “Öhdəliyində yaşlı anası, yoldaşı və körpəsi var. Evdə təkcə o işləyir. Müdafiə etdiyim şəxs orada müqaviləsiz çalışıb. Müqaviləsiz işlədiyi üçün o cinayət məsuliyyəti daşımır, cavabdeh deyil. Qərar verərkən bunları nəzərə almağınızı xahiş edirəm”.
Tağı İbrahimovun vəkili isə çıxışında qeyd edib ki, ittihamda göstərilən vergi borcları, zərərçəkənlərin bir qisminə dəymiş ziyan ödənilib.
Təqsirləndirilən şəxslərin vəkilləri həbsin ev dustaqlığı ilə dəydilrilməsi barədə vəsatət veriblər.
Məhkəmə vəsatəti təmin etməyib.
Proses sentyabrın 12-də davam etdiriləcək.
Qeyd edək ki, bu il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.