-
- 11-06-2019, 12:03
- 1 232
Dərdinə dəva üçün gəlib davaya çıxanlar - Tədris Cərrahiyyə Klinikasında gördüklərimiz - VİDEO
“Axı siz niyə mənim növbəmə girirsiz? Səhər tezdən bu qədər adam burda dayanıb, gözləyir. Əliuşaqlı anaları görmürsüz?... Bu nə özbaşınalıqdır axı... Növbə gözləmədən içəri keçirlər. Bu xəstəxananın bir sahibi var, ya yox? Niyə burada bir qayda-qanun yaratmırlar?”
Bütün bunlar bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında yaşananlardır.
News24.az-ın əməkdaşının da müraciət etdiyi xəstəxanada hər şöbənin qarşısında növbə gözləyən insan izdihamı müşahidə edilib. İnsan sıxlığı, növbə üçün mübahisələr, üstəlik bürkülü dəhliz xəstəxanaya gələnləri daha da təbdən çıxarır. Sağlıq durumu ilə bağlı həyəcan keçirən insanlar, bir də xəstəxananın dəhlizində istidən, bürküdən əziyyət çəkirlər.
Körpəsini kordioloq müayinəsinə gətirən valideynlərdən biri News24.az-ın əməkdaşına şikayətlənir. O da xəstəxanadakı vəziyyətin dözülməz olduğunu deyir: “Səhər tezdən iki uşaqla burda növbə gözləyirəm. 4-5 nəfər sırasını gözləmədən məndən əvvəl içəri keçdi. Bu qədər insafsızlıq olar? Özüm bir yana, bu iki balaca uşaq niyə bu qədər növbədə dayanmalıdır axı...”
Oftolmoloq növbəsi gözləyən digər şikayətçi də həmsöhbətimizim dediklərinə şərik çıxır: “Neçə illərdir bura gəlib-gedirəm. Hər dəfə eyni mənzərəylə rastlaşıram. Camaat arasında bura “bazar” deyirlər. Düzdür, peşəkar, savadlı həkimlər var, amma xidmət də, şərait də bərbaddır. Olmazmı, xəstələr əvvəldən qeydiyyata götürülsün, sivil, normal şəkildə hərə öz vaxtında gəlib içəri keçsin. Canı ağrayan, səhhətində problem olan adam niyə gəlib saatlarla qapılarda gözləməlidir? Bunu qaydaya salmaq bu qədərmi çətindir?!”
Xəstəxanada gördüyümüz ən narahatlıq doğuracaq mənzərə isə yeni doğulan körpələrlə bağlıdır.
Tibb bacıları əllərində yeni doğulan, küveysdə saxlanan körpələri koridordakı xəstələrin arasından çətinliklə keçirib o başa-bu başa aparırlar. Steril, təmiz mühitdə saxlanmalı olan yenidoğlmuşları bu qədər xəstələrin arasından keçirmək nə dərəcədə doğrudur?
Bizim diqqətimizi çəkən bu mənzərəyə urologiya şöbəsində növbədə dayanan xəstələrdən biri təpki verdi: “Bu əl boyda çağaları necə bu qədər adamın arasından keçirib aparmaq olar axı? Onların şöbəsi tamamilə ayrı olmalıdır!”
Yanında dayanan başqa bir xəstə isə qiymətlərdən şikayətləndi: “Qiymətlər çox yüksəkdir. Buranın özəl klinikalardan nə fərqi oldu axı...”
Qeyd edək ki, Tədris Cərrahiyyə Klinikası Tibb universitetinin nəzdində fəaliyyət göstərir.
Xəstəxanadarastlaşdığımız mənzərə ilə bağlı Tibb Universitetnin mətbuat katibi Günel Aslanovayla söhbətləşdik. Mətbuat katibi News24.az-a açıqlamasında deyib ki, xəstəxanadakı növbənin Maqnit Rezonans Tomoqrafiyasından keçmək (MRT) istəyənlər üzündən yaranır: "MRT-yə təcili əməliyyatlarla bağlı, yaxud sınıqla, baş travması ilə müraciət edənlər olur ki, onlar da içəri növbədənkənar girirlər. Digər şöbələrdə isə pasiyentlərin qeydiyyatı aparılır, növbə olmur”.
Mətbuat katibinin gördüklərimizi israrla danmasına rəğmən, fakt faktlığında qalır. Ümid edirik ki, gördüyümüz nöqsanları etiraf etməsələr də, xəstəxana rəhbərliyi şəfa üçün bura üz tutanların problemlərinə biganə qalmayacaq.
Afaq Mirayiq