33 yaşlı baş məşqçi faciəvi şəkildə həyatını itirdi
    • 6-09-2024, 15:35
    • 592

33 yaşlı baş məşqçi faciəvi şəkildə həyatını itirdi

"Ayntraxt"ın U-19 komandasının baş məşqçisi Helge Raxe faciəvi şəkildə həyatını itirib.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, informasiyanı Frankfurt klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mütəxəssis yol qəzasında ölüb.

Qeyd edək ki, Raxe məşqçilik karyerasına 2020-ci ildə "Hallesxer"də başlayıb. O, 2023-cü ildən U-19-u çalışdırırdı.