“Gelandewagen” yeraltı keçidə DÜŞDÜ
    • Bu gün, 18:09
    • 175

“Gelandewagen” yeraltı keçidə DÜŞDÜ

Moskva şəhəri yaxınlığında avtomobil yeraltı keçidə düşüb. 

News24.az xəbər verir ki, hadisə paytaxtın Presnenski rayonunda baş verib. 

İnternetdə yayılan məlumata görə, Gelandewagen SUV Tverskaya Zastava ilə Zveniqorodskoye şossesi istiqamətində hərəkət edib.

Hadisə şahidlərinin sözlərinə görə, Obraztsova küçəsi ilə kəsişmədə sürücü idarəetməni itirib. Manevr nəticəsində avtomobil yolun hərəkət hissəsindən çıxıb və Şelepikhinskaya sahili yaxınlığında tikilməkdə olan keçidə düşüb.

Hadisədən sonra sürücü sürətlə avtomobili tərk edib. Polis onu axtarır.

İlkin məlumata görə, avtomobil icarəyə götürülüb.

Məryəm İlhamqızı