Bakıda qəza zamanı avtomobil parka girib, yeraltı keçidə ziyan dəyib - FOTO
    • 23-03-2023, 01:17
    • 208

Bakıda qəza zamanı avtomobil parka girib, yeraltı keçidə ziyan dəyib - FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qış Parkında qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən parka girib.

Nəticədə avtomobil bir neçə ağacı qırıb, yeraltı keçidə ziyan vurub. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır. /APA/