-
- 6-09-2024, 22:46
- 356
Babəkdə faciə: 9 yaşlı uşağı elektrik cərəyanı vurdu
Naxçıvanda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
News24.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, bu gün Babək rayon Zeynəddin kəndində 2015-ci il təvəllüdlü H. T-nı yaşadığı evində elektrik cərəyanı vurub və o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.