Prezident təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayırdı
    • 11-06-2019, 12:52
    • 1 118

Prezident təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında Sərəncam imzalayıb.

News24.az-ı
n xəbərinə görə, Sərəncamla təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon (beş milyon yeddi yüz min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.