Prezident İlham Əliyev İrəvan Dövlət Teatrı binasının əsaslı təmiri və yenidən qurulmasına 2 milyon manat ayırdı
    • 20-02-2019, 14:35
    • 858

Prezident İlham Əliyev İrəvan Dövlət Teatrı binasının əsaslı təmiri və yenidən qurulmasına 2 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında Sərəncam imzalayıb.

News24.az-ın məlumatına görə, Sərəncamda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.21.1-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat vəsait Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılması göstərilir.

Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi qeyd olunur.