-
- 7-09-2024, 16:54
- 211
Yaponiyalı biznesmen gündə yarım saat yatır
Yaponiyalı biznesmen gündə yarım saat yatmağı öyrəndiyini bildirib.
News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" nəşrinə istinadən məlumat verir.
2012-ci ildə Heqo prefekturasından olan 40 yaşlı Daysuke Hori gün rejimini dəyişməyə qərar verib və ona inansaq, o vaxtdan bəri gündə 30 dəqiqədən çox yatmır. O iddia edir ki, bədənini və beynini minimal yuxu ilə normal fəaliyyət göstərməyə öyrədib və bu, onun məhsuldarlığını əhəmiyyətli dərəcədə artırıb.
"Əgər yeməkdən bir saat əvvəl idman etsəniz və ya qəhvə içsəniz, yuxusuzluğa qalib gələ bilərsiniz", - deyə Hori bildirir. Onun fikrincə, yaxşı konsentrasiya üçün uzun yuxu deyil, yüksəkkeyfiyyətli yuxu lazımdır. O, qısa yuxunu ilk növbədə həkimlərə, yanğınsöndürənlərə və sürətli reaksiya və aydın düşüncə tələb edən digər peşə sahiblərinə tövsiyə edir.
Horinin iddialarını yoxlamaq üçün Yaponiyanın "Yomiuri" TV kanalının çəkiliş qrupu "Mənimlə gələrsən?" adlı realiti-şou çərçivəsində onu müşahidə edib. Hori həqiqətən cəmi 26 dəqiqə yatıb, oyanıb, səhər yeməyi yeyib, sonra işə və idman zalına gedib.
2016-cı ildə Hori Qısa Yuxu Təlimi üzrə Yaponiya Assosiasiyasını təsis edib. O, ümumilikdə 2100-dən çox tələbəyə az, lakin keyfiyyətli yatmağı öyrədib.