-
- 6-06-2024, 20:44
- 1 397
Gündə 3 saat yatmaq kifayətdirmi?
Yuxunun gündəlik həyatımızda nə qədər əhəmiyyətli olduğu hər kəsə məlumdur. Buna baxmayaraq bəzi şəxslər gündəlik 3 saatlıq yuxunun kifayət olacağını düşünür.
News24.az Demokrat.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı türkiyəli nevrologiya mütəxəssisi Belma Doğan Güngen yerli mediaya ətraflı açıqlama verib.
O bildirib ki, “3 saat yuxu kifayətdir” anlayışı olduqca yanlışdır:
“İnsanlar gündəlik orta hesabla 7-9 saat yatmalıdır. Sağlam yaş almaq üçün yuxu çox vacibdir.
Yuxu psixoloji sağlamlıq, yaddaş sistemləri, daxili orqanlarla əlaqəli pozğunluqlar və hərəkətliliyin canlılığına qədər bir çox vəziyyətə təsir göstərir.
Yeni doğulmuş körpələr gündə 14-16 saat yata bilər. Yetkin insanların gündə orta hesabla 7-9 saat yuxuya ehtiyacı var. Əsasən, saat 23.00-03.00 arasında olan müddətdə mütləq yatmaq lazımdır”.