"Qarabağ"ın futbolçusu Misirə qarşı oynadı
    • Bu gün, 18:37
    • 84

"Qarabağ"ın futbolçusu Misirə qarşı oynadı

Afrika Millətlər Kubokunun seçmə mərhələsinin ilk turunun oyunları keçirilir.

News24.az QOL.az-a istinadla xəbər verir ki, "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi səfərdə Misirin qonağı olub. Matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Patrik Andrade görüşə start heyətində başlayıb. O, 46-cı dəqiqədə əvəzlənib. 

Kabo-Verde millisi sentyabrın 10-da Mavritaniya ilə qarşılaşacaq.