Ləhic bağlarından OĞURLUQ
    • Bu gün, 15:06
    • 124

Ləhic bağlarından OĞURLUQ

Sabunçu rayonu Ləhic bağlarında yerləşən evlərin birindən 1650 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar X.Əliyev və İ.Paşayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.