"Köhnə qatarlara ventilyatorların quraşdırılması böyük vəsait tələb edir" - Hidayət Məmmədov
    • 11-06-2019, 16:32
    • 1 013

"Köhnə qatarlara ventilyatorların quraşdırılması böyük vəsait tələb edir" - Hidayət Məmmədov

“Köhnə qatarlara ventilyatorların quraşdırılması böyük vəsait tələb edir"
 
Bunu News24.az-ın suallarını cavablayan Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib. 

O, qeyd edib ki, köhnə qatarların təchizatı böyük vəsait tələb edir: “Yeni ventilyatorlar qatarlar üçün nəzərdə tutulmayıb, onlar ancaq stansiyaların və tunellərin havalandırılmasında istifadə olunacaq. Amma yeni vaqonlar daha müasir avadanlıqlarla təmin olunacaq». 

H.Məmmədov sərnişinlərin sıx olduğu vaxtlarda yeni qatarlardan istifadə olunmaması məsələsinə də münasibət bildirib: «Metroda qatarların hərəkət qrafiki saniyələrlə ölçülür. Bizdə köhnə qatarlar daha çoxdur. Ona görə də, siz köhnə qatarları daha çox görürsüz. Yeni qatarların sayı çoxalsa belə, onların hərəkət qrafiki sərnişin sıxlığına görə dəyişməyəcək. Onlar öz cədvəllərinə görə hərəkət edəcəklər”.

Sədr müavini son zamanlar stansiyalarda insanların giriş-çıxışına ciddi nəzarət olunmaması ilə bağlı fikirlərə də münasibət bildirib: “Mən deməzdim ki, yoxlamırlar, metropolitenə gələn hər bir sakin, şübhəli görünən hər kəs polis əməkdaşları tərəfindən yoxlanılır. Yük daşıma ilə bağlı metropolitendən istifadə qaydaları var və sərnişinlər çox vaxt bu qaydaları kobud şəkildə pozurlar”.    
 
Afaq Mirayiq