Köhnə qatarlara kondisioner quraşdırılacaqmı?- Metropoliten sədri AÇIQLADI - VİDEO - YENİLƏNİB
    • 8-05-2020, 17:49
    • 803

Köhnə qatarlara kondisioner quraşdırılacaqmı?- Metropoliten sədri AÇIQLADI - VİDEO - YENİLƏNİB

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov metropolitendə qatarların havalandırılması məsələsinə münasibət bildirib.

O qeyd edib ki, havalandırma iki formada həyata keçirilir: "Birincisi, qatarlar hərəkət edən zaman porşe sistemi ilə özləri havalanır. İkincisi isə qatarlar dayandığı zaman ventilyasiya sistemi ilə havalandırma baş verir". 

Z.Hüseynov onu da əlavə edib ki, hazırda metropolitendə 280 vaqon var:" Onlardan 55-i yeni vaqonlardır. Köhnə vaqonlar kondisionersiz işləyəcək. Çünki qatarlara kondisioner quraşdırmaq mümkün deyil. Amma köhnə qatarlarda da ventilyasiya sistemi işlək vəziyyətə gətirilib".

Afaq Mirayiq