Rusiya PUA-sı Latviya ərazisinə düşdü
    • 8-09-2024, 17:38
    • 260

Rusiya PUA-sı Latviya ərazisinə düşdü


Sentyabrın 7-də Latviya ərazisinə Rusiya dronu düşüb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs deyib.

“Dünən Rusiyanın hərbi PUA-sı Latviyanın şərqinə qəzaya düşüb. Faktla bağlı araşdırma aparılır. Biz müttəfiqlərimizlə sıx əlaqə saxlayırıq. NATO-nun şərq cinahında oxşar insidentlərin sayı artır, onları birlikdə həll etmək lazımdır”, - prezident bildirib.

Litva mətbuatının məlumatına görə, PUA-nın qalıqları Rezeknensk rayonunda aşkarlanıb.