Qayınatasının evinin önündə hamının gözü qarşısında diri-diri yandırdı - AZƏRBAYCANDA QORXUNC OLAY
    • 11-06-2019, 16:59
    • 1 379

Qayınatasının evinin önündə hamının gözü qarşısında diri-diri yandırdı - AZƏRBAYCANDA QORXUNC OLAY

İsmayıllı rayon sakininin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb. 

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, İsmayıllı rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb. 

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlərin ifadələri alınmış və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. 

İlkin istintaqla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə R.Rəcəbalıyev ailə-məişət münaqişəsi zəminində qayınatası Ağasəf Məmmədova məxsus evin qarşısında qonşuların və digər şahidlərin yanında əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla özünü öldürməyə cəhd etmiş, iyunun 10-da aldığı yanıq xəsarətləri səbəbindən vəfat edib. 

İş üzrə dindirilmiş qonşular və hadisənin digər şahidləri ifadələrində R.Rəcəbəliyevin əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla intihara cəhd  etdiyini, eləcə də tez bir müddətdə alovu söndürərək təcili tibbi yardım yardım çağırıb xəstəxanaya çatdırılmasını təmin etdiklərini bildiriblər.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.