Slovakiyada Azərbaycan himnini oxuyan qadın görün kimdir - FOTO
    • Bu gün, 21:01
    • 541

Slovakiyada Azərbaycan himnini oxuyan qadın görün kimdir - FOTO


Millətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində baş tutan Slovakiya - Azərbaycan matçından öncə ev sahibləri jest edərək, Azərbaycan Respublikası himnini canlı ifa ilə səsləndirib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, himnimizi oxuyan qadın Karen Danqe Manafzadədir. O, pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin həyat yoldaşıdır. Cütlük 2019-cu ildə Avstriyada ailə həyatı qurub.

Qeyd edək ki, A.Manafzadə Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğludur.