-
- 9-09-2024, 17:37
- 240
Ətraf mühiti çirkləndirən şəxslərə qarşı tədbirlər davam etdirilir
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, görülən tədbirlərlə rayonun Şəkili kəndində məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb. Qeyd olunan ərazinin təmizlənməsi təmin olunub və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilib.
Həmçinin, rayon ərazisində ətraf mühiti çirkləndirən, məişət tullantılarını urnalardan kənara atan şəxslər müəyyən olunaraq onlarla izahedici söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.