Narinin məktəbində sükut: Partalar boş qaldı
    • 9-09-2024, 17:49
    • 253

Narinin məktəbində sükut: Partalar boş qaldı

Diyarbəkirin Bağlar rayonunda itən Narin Güranın cansız cəsədi tapılıb.

News24.az xəbər verir ki, kiçik qızın ölümüylə əlaqədar istintaqda ilk etirafı gələn şübhəlilərdən biri əmisini günahlandırılıb.

Etirafçı deyib ki, “Onun cəsədini əmisi gətirdi, mən də çaya atdım”. Qeyd edək ki, bu iş üçün ona 200 min lirə təklif edildiyini də bildirib.

Eyni zamanda, Narin Tavşantəpə ibtidai məktəbində oxuyurdu. O, əgər, öldürülməsəydi, bu gün dərsə başlayacaqdı.

Bildirək ki, Tavşantəpə İbtidai məktəbində partalar boş qalıb.

Günel Məlikzadə