Oktay Kaynarcaya komandasından SÜRPRİZ
    • Bu gün, 18:22
    • 119

Oktay Kaynarcaya komandasından SÜRPRİZ

Kənan İmirzalıoğlunun təqdimatı ilə illərdir ATV ekranlarında yayımlanan "Kim Milyoner Olmaq İster" verilişində ayrılıq yaşanıb. 

News24.az xəbər verir ki, İmirzalıoğlu yarışma ilə vidalaşarkən, yeni aparıcı Oktay Kaynarca olub. 

Kaynarcanın təqdim etdiyi ilk bölüm ekrana çıxıb.

“Kurtlar Vadisi” serialında canlandırdığı “Çakır” obrazı ilə bu gün də haqqında danışılan Oktay Kaynarca komandanın sürprizi ilə üzləşib. Yeni sualı oxuyan Kaynarca Kurtlar Vadisini görəndə gülümsəyib. 

Sual belə idi: “43-cü bölümdə vuruldu, 45-ci bölümdə öldü deyən Kurtlar Vadisi fanatının bəhs etdiyi personaj kimdir?" 

Kaynarca, “Nostalji sualı oldu. Bu, zövqlü idi"  sözlərini deyib.

Məryəm İlhamqızı