Çakırla bağlı sual gündəm oldu
    • 9-09-2024, 12:48
    • 279

Çakırla bağlı sual gündəm oldu

Türk aktyor Oktay Kaynarcanın aparıcı olduğu “Kim milyoner olmak ister” proqramında maraqlı sual səsləndirilib.

News24.az OLAY-a istinadla yazır ki, iştirakçıya Kaynarcanın məşhur Süleyman Çakır obrazı ilə bağlı sual verilib.

“43-cü bölümdə vurulub 45-ci bölümdə öldü” deyən “Kurtlar vadisi” pərəstişkarı hansı obrazı nəzərdə tutur” sualı ünvanlanılıb. Yarışmadan bu foto sosial şəbəkələrdə gündəm olub.

Qeyd edək ki, daha əvvəl də Kenan İmırzalıoğlu aparıcı olduğu vaxtda onun obrazı Yusuf Miroğlu ilə bağlı sual səslənmişdi.