-
- 10-09-2024, 09:41
- 465
Ferrari-nin ilk elektrik avtomobili yollarda - FOTO
Ferrari ilk elektrik avtomobili ilə böyük həyəcan yaratmağı bacarıb. Bu yaxınlarda İtaliyada sınaqdan keçirilərkən kameralara tuş gələn sirli vasitə avtomobil həvəskarlarının marağını daha da artırıb. Bəs, qiyməti 500 min dollar civarında olacağı gözlənilən elektromobil nə vaxt satışa çıxacaq?
News24.az xəbər verir ki, prototip kimi sınaqdan keçirilmiş avtomobil Levante SUV-nin üzlənmiş versiyasına bənzəyir. Lakin bəzi detallar bu avtomobilin adi Levante olmadığını göstərir. Alçaldılmış kupe-krossover üslublu prototip geniş təkərləri və plastik qanadları ilə diqqət çəkir.
Prototipin üzərindəki örtüklər müvəqqəti olsa da, onun elektrik olduğunu göstərən mühüm ipuçları var. Məsələn, dekorativ dördlü egzoz ucları və sarı şimşək stikerləri avtomobilin elektrik mühərrikinə diqqət çəkir. Bundan əlavə, onun qapalı ön barmaqlığı soyutma girişinə ehtiyac olmadığını göstərir.
Qeyd edək ki, Ferrari-nin ilk elektrik avtomobili sınaq zamanı Maserati Purosangue SUV prototipi ilə birlikdə nümayiş etdirilib. Bu, onların ölçü və mühəndislik baxımından oxşar olduğunu ortaya qoyub. Ferrari-nin elektrik mühərriki üçün Purosangue platformasından faydalana bilməsi ehtimalını gücləndirir.
Ferrari hələlik elektrik avtomobilinin rəsmi dizaynını paylaşmayıb. Bu səbəbdən superkar, grand tourer və ya idman avtomobili kimi müxtəlif variantlar hələ də masadadır. Bununla belə, gözləntilər avtomobilin çoxmotorlu quraşdırma ilə gələcəyidir.
Onu da bildirək ki, mənbələr Ferrari-nin ilk elektrik avtomobilinin 2025-ci ildə satışa çıxarılacağını və 500 min dollar qiymət etiketi daşıyacağını bildirir.
Günel Məlikzadə