Şoyqu:
    • 10-09-2024, 09:48
    • 309

Şoyqu: "Moskva Kiyevlə danışıqlar aparmayacaq"

"Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyası ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq".

News24.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Təbii ki, biz onları (Ukrayna Silahlı Qüvvələrini) öz ərazimizdən çıxarmayana qədər onlarla heç bir danışıqlar aparmayacağıq".

Şoyqu həmçinin Ukrayna Silahlı Qüvvələrinin Kursk AES-də nüvə terrorizmi həyata keçirmək istəyini ən yüksək səviyyəli terror kimi qiymətləndirib.

Günel Məlikzadə