Əlinizdən sarımsaq qoxusunu aparan ÜSUL
    • 10-09-2024, 23:58
    • 519

Əlinizdən sarımsaq qoxusunu aparan ÜSUL

Yeməklərə özünəməxsus bir dad verən sarımsaq təbii antibiotik olduğu üçün tez-tez seçilən tərəvəzdir. Sarımsağın tərkibində olan təbii komponentlər və antioksidantlar orqanizmin immunitetini gücləndirməyə kömək edir. 

News24.az xəbər verir ki, xüsusilə qış aylarında xəstəliklərə qarşı güclü köməkçi olan və orqanizmin müqavimətini artıran sarımsaq kəskin dad və qoxuya da malikdir.

Çiy istehlak edildikdə onun kəskin qoxusu ağızda qalır, soyanda isə əllərə keçir. Əllərdə qalan sarımsaq qoxusundan xilas olmaq üçün bəzi təbii üsullardan istifadə etmək olar.  

Sarımsaq qoxusunu aradan qaldırmağın ən təsirli üsullarından biri də türk qəhvəsi torfundan(telve) istifadə etməkdir. Kəskin qoxuya malik başqa bir qida olan türk qəhvəsi, qoxuları özünə həbs edərək bir çox pis qoxudan xilas olmağa kömək edir.

Türk qəhvəsi torfunu təxminən 5-6 dəqiqə əlinizdə ovuşdurmağınız sarımsaq qoxusundan xilas olmaq üçün kifayət edər.

Məryəm İlhamqızı