-
- 3-09-2024, 23:46
- 2 109
Balıq qoxusundan qurtulmağın YOLLARI
Axşam yeməyi üçün hazırlanan balıq ləzzətli olsa da, balığın bişirilmə prosesi bir qədər ağrılıdır. Balıq bişirdiyiniz zaman mətbəxinizi bürüyən bir qoxu yaranır. Bu qoxudan xilas olmaq üçün aspiratordan istifadə etmək və ya pəncərələri açmaq kifayət etməyəcək.
Balıq qoxusu gələndə mətbəxinizdə tətbiq edə biləcəyiniz təbii üsullar var.
News24.az mətbəxi əhatə edən balıq qoxusundan qurtulmağın hiyləsini təqdim edir:
Limon: Mətbəxdəki balıq qoxusundan limondan istifadə etməklə qısa müddətdə xilas olmaq mümkündür. Limondan balıq qoxusuna qarşı istifadə etmək istəyənlərin atmalı olduğu addımlar olduqca sadədir. Əvvəlcə bir limonu yarıya bölün. Sonra limonun yarısını ocağa qoyun və qazıı yandırın. Ocaqda 40-45 dəqiqə yandırdığınız limonun qoxusu balıq qoxusunu çıxarmağa kifayət edəcək.
Darçın: Balıq qoxusundan xilas olmaq üçün limondan istifadə etmək istəmirsinizsə, bu nöqtədə darçın da seçə bilərsiniz. Kəskin və hakim qoxusu ilə darçın istifadə etmək otaqdakı balıq qoxusunu aradan qaldırmaq üçün kifayət edər. Əvvəlcə ocağın üstünə darçın çubuğu buraxın. Darçın bir az isindikdən sonra ocaqdan götürün və mətbəxdə uyğun bir küncə qoyun. Darçın gözlədikcə qoxunu boğmağa başlayacaq.
Məryəm İlhamqızı