"Selena"nın Selini EVLƏNDİ
    • 10-09-2024, 11:42
    • 288

"Selena"nın Selini EVLƏNDİ

2006-2009-cu illər arasında yayımlanan və Sinem Kobal, Gizem Güven, Gökhan Keser, Hakan Altıner, Ümit Erdim, Zuhal Topal kimi aktyorların rol aldığı Selena serialında Selin obrazını canlandıran Cansu Demirci illər sonra meydana çıxıb.

News24.az xəbər verir ki, uzun illər tənha həyat sürən Cansu Dəmirci ailə qurub.

Selenadan sonra heç bir layihədə yer almayan Cansu Dəmirci bir müddətdir eşq yaşadığı sevgilisi ilə ailə qurub.

Krujeva detallı gəlinlik geyinməyə üstünlük verən Dəmirçinin gəlinlik kadrları sosial mediada trend olub.

Türkiyədən ayrıldıqdan sonra Almaniyada yaşamağa başlayan Cansu Dəmirci sosial media istifadəçilərindən "Heç dəyişməyib", "Hələ də eyni gözəllikdədir", "İllər sonra nəhayət görüldü", şərhlərini alıb.

Məryəm İlhamqızı