-
- 10-09-2024, 12:02
- 856
Sülh sazişi bu ilin sonlarına yaxın imzalanacaq - AÇIQLAMA
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi çoxdan imzalanmalı idi. Amma böyük dövlətlər buna mane oldular. Bir neçə gün öncə Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı daha bir sənəd imzalanıb. Bundan sonra sülh müqaviləsinin imzalanması xeyli dərəcədə asanlaşır. Hesab edirəm ki, yekun sülh müqaviləsi bu ilin sonlarına yaxın imzalanacaq”.
News24.az bildirir ki, bunu politoloq Qabil Hüseynli Bakupost.az -a bildirib.
Onun sözlərinə görə, Ermənistan konstitusiyasında müəyyən müddəaların dəyişdirilməsi ilə bağlı bu günlərdə parlamentdə müzakirələr aparılacağı açıqlanıb:
“Bu əsas şərtdir. Hətta Nikol Paşinyan da etiraf etdi ki, bunları aradan qaldırmadan sülh sazişinin imzalanması xeyli çətinləşər. 2027-ci ilə qədər Ermənistanın yeni konstitusiyasının hazırlanacağı açıqlanmışdı. Çünki bu ölkənin qanunvericiliyində qonşu ölkələrə qarşı ərazi iddiaları olmamalıdır”.