-
- 10-09-2024, 20:13
- 355
Məşhur cütlükdən qızlarına ad günü ŞƏNLİYİ
"Deliha" filminin çəkiliş meydançasında tanış olan və eşq yaşamağa başlayan Gupse Özay və Barış Arduç 2020-ci ildə ailə həyatı qurublar.
News24.az xəbər verir ki, məşhur cütlük 2022-ci ilin sentyabrında qızları Jan Asyanı qarşılayıb. Şəxsi həyatlarını ictimaiyyətin diqqətindən kənarda yaşamağa üstünlük verən Özay və Arduçun qızlarının 2 yaşı tamam olub.
Qızları üçün ad günü gecəsi təşkil edən məşhur cütlüyün "Ad günün mübarək Janiko" mahnısını oxuduğu anlar kameralara tuş gəlib.
Balaca Jan Asyanın, anası Gupse Özaya bənzəməsi diqqətdən yayınmayıb.
Məryəm İlhamqızı