Narin niyə öldürüldü?
    • 10-09-2024, 14:22
    • 915

Narin niyə öldürüldü?

Diyarbakırda itdikdən sonra cansız cəsədi tapılan Narin Güranın qətli ilə bağlı istintaq davam edir. 

News24.az xəbər verir ki, saxlanılan şəxslərdən biri Narinin meyitini muxtar Səlim Güranın ona verdiyini və onu dərəyə atmasını istədiyini etiraf edib. Etiraf edən şübhəli ona 200 min lirə təklif edildiyini və cansız cəsədi kisəyə qoyduqdan sonra onu dərəyə atdığını və üzərinə daş basdığını bildirib.

NARİN NİYƏ ÖLDÜRÜLÜB?

Bu məqamda Narini kim və niyə öldürdü sualı beynlərdə böyük sual işarəsi yaradıb. Milliyet-in xəbərinə görə, üç böyük şübhə var. Bunlardan birincisi Narinin təcavüzə məruz qalma ehtimalıdır. Bu ən ciddi iddiadır, yarılma hesabatının açıqlanması ilə həqiqət üzə çıxacaq.

İkinci səbəb kimi düşünülən məsələ əmi Salim Güran ilə Narinin atası arasında 50 milyon TL dəyərində torpaq mübahisəsidir. Bu vəziyyətin yaratdığı düşmənçilik qətlə səbəb ola bilər.

Üçüncü isə Narinin görməməli olduğu bir şeyi gördüyü üçün öldürülməsi ehtimalına diqqət yetirilir. Bildirilir ki, Narin saxlanılan qardaşının qadağan olunmuş maddələri içdiyini və ya itə təcavüz etdiyini görüb.

Onu da qeyd edək ki, 8 yaşlı Narin Güranın qətli ilə bağlı aparılan istintaq zamanı diqqəti çəkən bir detal da üzə çıxıb. 

Axtarış zamanı jandarm Narinə aid olduğunu düşündükləri yaşıl yaylıq aşkar edib. Ana həmin yaylığın qızına aid olub-olmadığını xatırlamadığını desə də, jandarma daha sonra Narinin oxuduğu Quran kursunun müəlliminin yanına gedib. Müəllimin “Narin yoxa çıxdığı gün ondan istifadə edirdi” cavabından sonra qruplar eyni yaylığı göstərərək ananı “şübhəlilər” siyahısına daxil edib.

Günel Məlikzadə